Şeyx Əli Salman BMT-yə məktub ünvanlayıb

Şeyx Əli Salman BMT-yə məktub ünvanlayıb

Bəhreyn rejimi  şiələrə qarşı məzhəbçi təzyiqləri daha da artırıb. Bu, xüsusən  Ayətullah Şeyx İsa Qasimin vətəndaşlığının ləğv edilməsindən sonra daha geniş vüsət alıb. FaktXəbər-in verdiyi məlumata görə,  bu barədə «Əl-Vifak» hərəkatının Baş Katibi Şeyx Əli Salman BMT-nin İnsan Haqları  Şurasına yazdığı məktubunda bildirib.
 
Ali Xəlifə rejimi tərəfindən həbs edilən  Şeyx Salman sözlərinə belə davam edir: «Bəhreyn milləti  ədalət  və cəmiyyətdə bərabərlik diləyir, beynəlxalq aləmdən də  bunun həyata keçməsi üçün bu milləti dəstəkləməsini istəyir. Bəhreyn millətinin  demokratik istəkləri istiqamətində sülhsevər  hərəkətləri olduqca açıqdır və beynəlxalq ictimaiyyətin dövlətdən beynəlxalq vəzifələrini  yerinə yetirməsi üçün çalışmasını istəyir. Sizlərdən  bütün siyasi məhbusların azad olması, şiddət və təzyiq göstərənlərin  cəzalanması üçün çalışmağınızı istəyirik. Bəhreyn millətinin  demokratik bir üsulla dövlətini seçmə  haqlarını açıqca etiraf etmək və milli danışıqların  başlaması istiqlalla nəticələnəcək».
 
Şeyx Salmanın quruma məktubunun sonunda BMT və beynəlxalq  hüquqi təşkilat nümayəndələrinin  Bəhreyni  ziyarət etmələri üçün  icazə verilməsi, bəhreynli hüquq müdafiəçilərinin öz ölkələrində öz hüquqi ofislərini  açmalarına şərait  yaradılması kimi istəkləri də olub.
 
Xatırladaq ki, "Əl-Vifak" Hərəkatının rəhbəri Şeyx Əli Salman 2014-cü ilin dekabr ayında Bəhreyndə hakimiyyətdə olan Ali-Xəlifə rejimini tənqid etdiyi üçün həbs olunub və 9 il müddətinə azadlıqdan məhrum edilib. Bəhreyn xalqı 2011-ci ildən bəri ölkədə ictimai və siyasi islahatların aparılmasını tələb edir. Şeyx Əli Salman həbs edildiyi zamandan etibarən bu ölkədə hakimiyyətə qarşı keçirilən aksiyalar daha da şiddətlənib.
 

 

Google+ WhatsApp ok.ru