Şeyx İbrahim Zəkzaki mühakimə olunacaq

Nigeriya xəbər mənbələri bildirir ki, bu ölkənin şiə lideri Şeyx İbrahim Zəkzaki mühakimə olunacaq. 
Maide.az-ın məlumatına görə, Nigeriyanın "Disdi" qəzeti yazıb ki, Nigeriyanın şimal bölgəsinin Kaduna əyalətinin başçısı Nasir əl-Raufi deyib  ki, Zarya şəhərində saxlanılan şiə ruhanisi Şeyx Zəkzaki haqqında cinayət işi açılıb və onun işi məhkəməyə göndəriləcək. “Nigeriya mərkəzi hökuməti  şeyx Zəkzakini mühakimə etmək qərarındadır. Bu haqda konistitusiya çərçivəsində federal rəsmilər qərar verəcək.”
Raufi deyib ki, Şeyx Zəkzakinin yaşadığı yerə hücumun araşdırlması məqsədi ilə komitə yaradılıb. 
Nigeriya İslami Hərəkatı elan edib ki,  əyalət nümayəndələrinin bu hücumla bağlı araşdırmasının nəticələrini qəbul etməyəcək. “Ona görə ki, onlar Nigeriya şiələrinin həqiqi səsisi eşitmək istəmirlər, yalnız ordu generallarının dedikləri əsasında araşdırma aparırlar”
Qeyd edək ki, ötən həftə Nigeriya ordusu bu ölkənin Zarya bölgəsində şiələrin lideri Şeyx Zəkzakinin evinə və Bəqiyyətullah hüseyniyyəsinə hücum edib. Hücum zamanı şiələr amansızcasına qətliam edilib. Ordunun hücumu zamanı 300 dən çox dinc sakin öldürülüb. /

Google+ WhatsApp ok.ru