Şeyx Nəim Qasim: `Livan və Suriya terrora qarşı birləşməlidir`

Hizbullahın baş katib köməkçisi Livan və Suriyanın terror ilə mübarizə məsələsində birləşmləri lazım olduğunu vurğulayıb.
 
Maide.az xəbər verir ki, bölgəni təsiri altına alan terror təşkilatları haqqında danışan Nəim Qasim, "Arsal və Kalamun dağlarında baş verən hadisələrin qarşısının alınması üçün Livan və Suriyanın hərbi səviyyədə əməkdaşlıq qurmaları lazımdır və bu əməkdaşlıq, cəsarət və siyasi realizm tələb edir", - deyib.
 
N.Qasim açıqlamasının davamında isə "təkfirçilər hər zaman ayrı-seçkilik yaradaraq, bundan istifadə etməyə çalışır. Livanın maraqlarına hər zaman önəm verməyimiz və Bekaada yaşayan insanlarda inam yaratmalıyıq" söyləyib.
 
Con Kerrinin Əsədlə bağlı açıqlamasına da diqqət çəkən Qasim, "Amerika Xarici İşlər Nazirliyi vasitəsi ilə bölgə və xüsusilə Suriyadakı problemlərin Əsəd olmadan həll edilməyəcəyini etiraf etdi. İndi Livanın da terrorizm ilə mübarizə məsələsində Suriya ilə əməkdaşlıq etməsi lazım olduğunu araşdırmalıyıq. Əməkdaşlıq xərclər və zərərlərin azalması üçün yeganə həll yoludur" deyib.

Google+ WhatsApp ok.ru