Sionizmin zülmünə canını sipər etmişdi

Amerikalı aktivist Rachel Corrie düz 12 il əvvəl 16 mart 2003-cü il tarixində Qəzza zolağında fələstinlilərin evlərinin dağıdılmasına etiraz edərkən İsrail rejiminin buldozeri tərəfindən əzilərək öldürülmüşdü.
 
Maide.az xəbər verir ki, Rachel Corrienin ailəsi qızlarının qəsdən və qeyri-qanuni şəkildə öldürüldüyünü və İsrail rejiminin hadisə ilə bağlı etibarlı istintaq icra etmədiyini, bu səbəbdən də Hayfada İsrailə və ordusuna qarşı 1 dollar simvolik təzminat davası açıb. İsrail məhkəməsi isə Corrie ailəsinin orduya açdığı cinayət işini rədd edib.
 
Amerikalı sülh könüllüsü və Beynəlxalq Həmrəylik Hərəkatının (International Solidarity Movement) üzvü Rachel Corrie 10 aprel 1979-cu ildən anadan olub. Evergreen State Collegede sənət dərsləri alıb. Üç il boyu könüllü şəkildə ruhi pozğunluğu olan xəstələrə həftəlik baş çəkib, dəstək göstərib. Yazıçı və sənətkar olmaq, sülh üçün çalışmaq kimi hədəfləri olan Corrie, ABŞ-ın İraq işğalı ilə İsrailin Qəzzada qırğın törədəcəyini və bunun qarşısının alınması üçün ancaq bölgədəki hadisələrə diqqət yönəltmək olduğunu bildirirdi. Və o, Qəzzaya beynəlxalq müşahidəçi kimi getdi.
 
Sonra İsrailin fələstinlilərə məxsus evləri dağıtması zamanı qarşısına çıxdığı bir torpaqqazan maşının üstünə sürülməsi nəticəsində əzilərək dünyasını dəyişdi.
 
Dünyasını dəyişdikdən sonra dünyanın bir çox yerində Rachel Corrie adına müxtəlif anım tədbirləri keçirilib, adına yazılan bir tamaşa 2006-cı ildə London Playhouse Theatreda nümayiş etdirilib. Rachel Corrienin Fələstində ikən anasına yazdığı bir məktubda oradakı dağıntı və zülmü bu ifadələrlə göstərmişdi:
 
"Dünyada belə bir zülmün qiyamət qopmadan reallaşdırıla biləcəyinə inanmıram. Canımı yandırır, keçmişdə də yandırdığı kimi, dünyanın belə dəhşətli bir hala gəlməsinə göz yummağımıza şahidlik etmək."

Google+ WhatsApp ok.ru