Şeyx Nəim Qasım: İŞİD və Ali-Səud, hər ikisi müsəlmanları öldürür

Maide.az-ın məlumatına görə, Şeyx Nəim Qasım Yəmən olaylarını zalım Amerika-Səud təcavüzü adlandırıb və deyib ki, bu cinayət insanlıq və beynəlxalq qanunlara zidd bir hərəkətdir. 
 
Şeyx Nəim Qasım Yəmənə olan təcavüzlər qarşısında region və dünya ölkələrinin sükut etməsini qınayıb və bu sükutun o həddə çatdığını bildirib ki, BMT Təhlükəsizlik Şurası müxtəlif bəhanələrlə humanitar yardımların edilməsi və yaralıların müalicə edilməsi üçün müvəqqəti atəşkəsin bərqərar edilməsi ilə razılaşmır. 
 
Livan Hizbullahı baş katibinin müavini səudiyyəlilər və İŞİD arasında fərq olmadığını bildirib: "İŞİD insanları qırğın edir və başlarını bədənlərindən ayırır. Səudiyyəlilər də təyyarələri ilə uşaq-yaşlı, kişi-qadın demədən insanları qırğın edirlər. Hər ikisi müsəlmanları qırğın edir, düşmənləri deyil."

Google+ WhatsApp ok.ru