Şeyx Nimrin qardaşı saxlanılıb

 
Ərəb mənbələri Ərəbistanın görkəmli şiə alimi Şeyx Nimr əl-Nimrin qardaşının həbs edildiyi haqda məlumat yayıb.
 
Maide.az xəbər verir ki, ötən gün bir sıra xəbər mənbələri  ərəbistanlı görkəmli şiə alimi Şeyx Nimr əl-Nimrin qardaşının Səudiyyə təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı haqda xəbər verib.
 
Məlumata görə, Səudiyyə rejiminin təhlükəsizlik qüvvələri Şeyx Nimr əl-Nimrin qardaşı və bu yaxınlarda ölüm cəzasına məhkum edilən Əli əl-Nimrin atası Mohəmməd əl- Nimrin ölkənin şərqində yerləşən Əl-Əvamiyyə bölgəsində həbs ediblər.
 
Məhəmməd əl- Nimrin həyat yoldaşı öz “Twitter” səhifəsində yazıb ki, Mohəmməd əl- Nimr Əl-Əvamiyyə rayonunun Polis İdarəsində saxlanılır və Səudiyyə rejiminin təhlükəsizlik qüvvələrinin bu addımı hələlik qeyri-müəyyən olaraq qalır.
 
Ərəbistan və Avropa İnsan Hüquqları Təşkilatının rəhbəri “Əli əl-Dobeysi” bu xəbərə münasibət bildirərkən öz “Twitter” səhifəsində yazıb ki, Ərəbistan rejiminin bu addımı narahatlıq doğurur.
 
O əlavə edib: Mohəmməd əl- Nimrin öz ailəsinin mətbuat nümayəndəsinə çevrildiyini nəzərə alaraq, bu həbs qərarı Şeyx Nimrin və Əli əl-Nimrin edam hökmünün icrası məqsədilə qabaqlayıcı tədbir ola bilər.
 
Ərəbistan rejimi keçən il də Mohəmməd əl- Nimri müəyyən bir müddətə həbs etmişdi.
Xatırladaq ki, Şeyx Nimrin ilk həbs olunması 2006-cı ilə təsadüf edir. Səudiyyə Ərəbistanı təhlükəsizlik gücləri Bəhreyndən qayıdarkən və Qurani-Kərimlə bağlı beynəlxalq konfransa qatılmasına görə həbs etmişdilər.
 
Şeyx Nimrin ittihamında, "Səudiyyə Ərəbistan rəhbərliyindən Bəqi qəbiristanlığının vəziyyətinin düzəldilməsi, şiə məzhəbinin rəsmi tanınması və faktiki olaraq Ərəbistanda hakim olan (vəhhabi) təhsil və tədris üsullarının dəyişdirilməsini tələb etdiyi" söylənilir. 
 
Şeyx Nimrin ikinci həbsi 23 avqust 2008-ci ildə, sonuncu dəfə isə 2012-ci ildə olub. Şeyx Nimrin edam hökmünə  böyük müctəhidlər və dünyanın müxətlif ölkələrində siyasi faəllar, azadlıq sevər insanlar etiraz edir. Lakin Səudiyyə rejimi bu etirazlara heç bir məhəl qoymadan Şeyx Nimrin edam qərarının icrasında israrlıdır və bunun üçün müxtəlif distansiyalarda məhkəmə hökmünü təsdiqlədib. 
 
Qeyd edək ki, Əl-Vətən xəbər saytı bu gün məlumat yayıbki, Şeyx Nimrin qardaşı Məhəmməd Əl-Nimr bir neçə saat polis bölməsində saxlandıqdan sonra sərbəst buraxılıb. /
 
 

 

Google+ WhatsApp ok.ru