Hələb əyalətində 50 yaşayış məntəqəsi azad edilib

Suriya ordusu Hələb əyalətinin şimal-şərqində 50-dək yaşayış məntəqəsini azad edib.
 
Maide.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
 
"Ordu ötən gün İdlib əyaləti istiqamətində xeyli irəliləyib. Əlli kənd - 120 kv. kilometr ərazi azad edilib. Lüdeh və Hadəddin yaşayış məntəqələrinin sakinləri artıq öz yurdlarına qayıdıb", deyə hərbçilər bildirib.
 
İrimiqyaslı hücum əməliyyatın könüllülərdən ibarət silahlı dəstələrin dəstəyi ilə həyata keçirildiyi qeyd olunur.

Google+ WhatsApp ok.ru