Şeyx Sərdarın həbsinə beynəlxalq etirazlar davam edir

Şeyx Sərdarın həbsinə beynəlxalq etirazlar davam edir

Pakistanın Müsəlmanların Vəhdət Məclisi (Majlis Wahdat-e-Muslimeen Pakistan (MWM) bəyanat yayaraq Şeyx Sərdar Hacıhəsənlinin həbsini pisləyib. 
 
Maide.Az “wnnpk” saytına istinadən xəbər verir ki, Pakistanın Müsəlmanların Vəhdət Məclisinin üzvləri (MWM) yayımladığı bəyanatda Azərbaycan Ruhanilər Məclisinin üzvü, “maide.az” saytının baş redaktoru Şeyx Sərdar Hacıhəsənlinin cümə namazı qıldığına görə həbsini sifarişli həbs adlandırıb və onun sərbəst buraxılması istəyib.
 
“Bu kimi addımlar islami ölkələr və dövlətlərin zəifləməsinə səbəb olacaq”, -deyə bəyanatda bildirilir.

Google+ WhatsApp ok.ru