Şeyx Salman: `Bəhreyn xalqı qələbəyə nail olacaq`

Bəhreyn əl-Vifaq Cəmiyyətinin baş katibi Şeyx Əli Salman Bəhreyn xalqına xitabən yaydığı mesajda, Bəhreyn xalqının qələbəyə nail olacağını bildirib.
 
Maide.az xəbər verir ki, Şeyx Əli Salman dünən yayımlanan mesajında Bəhreyndə inqilabçıların qələbəsinin yaxın olduğunu bildirərək, müxaliflərə xitabən, Bəhreyn xalqının qanuni haqlarına çatmaq üçün başladıqları inqilabçı hərəkəti davam etdirmələrinin zəruri olduğunu bildirib.
 
Digər tərəfdən, Bəhreynin "əl-Vasat" internet saytının yazdığına görə, Bəhreyn rejiminin dövlət orqanlarında baş verən maliyyə fəsadına Bəhreyn rejimi rəsmiləri göz yumur və heç bir rəhbərliyin baş verən böyük maliyyə fəsad və pozuntularına baxmayaraq, məsuliyyətə cəlb olunmadığı bildirilir.
 
Bəhreyndə rejim insan hüquqlarını əhatəli şəkildə pozmağa davam edir və Bəhreyn sanki açıq həbsxanaya çevrilib. Bəhreyn zindanlarında minlərlə insan sırf dinc aksiyalara qatıldıqları üçün həbsdə saxlanılır.

Google+ WhatsApp ok.ru