Şeyx Salman həbsxanadan Bəhreyn Apellyasiya Məhkəməsinin hakiminə məktub yazdı

Bəhreynin əl-Vifaq Cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın vəkili və həyat yoldaşı Rima Şəlan müvəkkili tərəfindən yazılan məktubu Apellyasiya Məhkəməsinin hakiminə çatdırıb.
Maide.az xəbər verir ki, Şeyx Əli Salman məktubda bir daha ona qarşı irəli sürülən ittihamları rədd edərək bildirib ki, onun tələbi siyasi sistemdə islahatların aparılması, konstitusional quruluşunun formalaşdırılması və dinc hərəkət və fəaliyyətləri təmin etməkdir.
əl-Vifaq Cəmiyyətinin baş katibi müraciətində beynəlxalq nizamnamələri və ölkə Konstitusiyası ilə də təsbit edilən ifadə azadlığı prinsipini rəhbər tutaraq dövlət orqanlarının fəaliyyətinin konstruktiv tənqid etmək hüququnu vurğulayaraq, büynəlxalq norma və konvensiyalara əsasən din aksiyaların keçirilməsi hüququnun təmin edilməsini tələb edib.
O, bəhreynli hakimə müraciət edərək qeyd edib: Bəhreynin siyasi problemi hakimiyyətin iqtidar tərəfindən inhisara alınması, xalqın roluna etinasızlıq və insanların öz millət vəkillərinin və hökümət nümayəndələrinin seçmək hüququndan məhrum edilməsidir.
Şeyx Salman qeyd edib ki, milli demokratik müxalifət məntiq və ədalət əsasında razılıq əldə etməyə hazırdır.
O sonda, demokratik və konstitusiya quruluşunun bərqərar olunmasınadək dinc siyasi fəaliyyətin davam etdiriləcəyini vurğulayıb. / 

Google+ WhatsApp ok.ru