Şeyx İsa Qasımın evi önündə aksiya 5 aydır davam edir

Şeyx İsa Qasımın evi önündə aksiya 5 aydır davam edir

 Paytaxt Manamanın Əddiraz bölgəsində, Bəhreynin tanınmış şiə ruhanisi Şeyx İsa Qasımın mənzili önündəki Fəda meydanında keçirilən aksiya 144-cü günə daxil oldu.
 
Maide.Az xəbər verir ki, Bəhreynin Əl-Lolo telekanalının verdiyi məlumata görə, Şeyx İsa Qasımın mənzili önündəki aksiya artıq 5 aydır ki, fasiləsiz olaraq davam edir və insanlar öz təqlid mərcələrinin mənzili ətrafından uzaqlaşmırlar. 
 
Əddiraz bölgəsi Bəhreynin təhlükəsizlik qüvvələrinin mühasirəsində olmasına görə bir sıra ciddi çətinliklər ilə üz-üzədir.
 
Bəhreyn rəsmiləri Əddiraz sakinlərinə təzyiqləri artırmaq məqsədi ilə bu bölgədəki təhlükəsizlik qüvvələrinin sayını xeyli artırıblar. Əlbəttə, bu Bəhreyn rejiminin məntəqə sakinlərinə qarşı ilk və son təziqi deyil.  Bəhreyn rejiminin bu ölkə xalqının istəkləri qarşısında təslim olmaqdan imtina etməsi, xalq ilə ixtilafları dərinləşdirmək anlamına gəlir.
 
Əddiraz bölgəsindəki aksiya iştirakçıları isə əllərində Şeyx İsa Qasımın fotoşəkillərini daşıyaraq, bütün çətinliklərə baxmayaraq mübarizə və müqavimətin davam etdiriləcəyini vurğulayırlar. 
 

Google+ WhatsApp ok.ru