Şeyx Zəkzakinin azadlığı tələb olunur - Foto

Nigeriyanın Kugi əyalətinin sakinləri etiraz aksiyası keçirərək Nigeriya İslam Hərakatının Lideri Ayətullah Şeyx Zəkzakinin azad edilməsini tələb ediblər.
 
Maide.az xəbər verir ki, onlarla insan əllərində Şeyx Zəkzakinin şəkillərini daşıyıb. Fotoların  üzərində "Zəkzakiyə azadlıq"şüarı yazılıb.  
 
Etirazçılar həmçinin Nigeriya ordusu tərəfindən saxlanılan və itgin düşən digər Əhli-Beyt (ə) tərəfdarlarının azadlığa buraxılmasını tələb edib və üzərində onların şəkilləri vurulmuş plakartlar daşıyıblar. /
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru