Şeyx Zəkzaki Qasim Süleymani və Əbu Mehdi əl-Mühəndisin öldürülməsindən danışdı

Şeyx Zəkzaki Qasim Süleymani və Əbu Mehdi əl-Mühəndisin öldürülməsindən danışdı

Nigeriya İslam Hərəkatı lideri Şeyx İbrahim Zəkzaki İran İslam Respublikası İnqilab Keşikçiləri Korpusunun Qüds briqadalarının komandanı, general-mayor Qasim Süleymani və İraqın "Həşd Şabi" hərəkatının sədr müavini Əbu Mehdi əl-Mühəndisin ABŞ tərəfindən öldürülməsinə münasibət bildirib.

Şeyx İbrahim Zəkzaki həbsxanadan yayımladığı bəyanatda ABŞ-ı lənətləyib.

Qasim Süleymani, Əbu Mehdi əl-Mühəndis və onlarla birgə öldürülənlərin şəhid olduğunu diqqətə çatdıran Şeyx İbrahim Zəkzaki imperializmin məğlub olacağını sözlərinə əlavə edib.

"Onlar təkcə İraq və Suriyanı yox bütün dünyanı terrorçulardan xilas edən strateji şəxsiyyətlər olublar", - deyə bəyanatda qeyd olunub.

Google+ WhatsApp ok.ru