Fəlsətindən İsrailə ağır zərbə - 131 ölü

"Həmas" təşkilatının hərbi qanadı sayılan "əl-Qəssam" qrupu dünən axşamdan etibarən İsrail ərazisinə 146 raket atdığını bildirib.
 
Raketlərdən biri İsrailin paytaxtı Tel-Əvivə, digərləri isə başqa şəhərlərə atılıb.
 
Avropa.info-nun  verdiyi xəbərə görə, İsrail ordusu bu günə qədər baş vermiş döyüşlərdə 131 nəfər əsgər itirib.
 
Bu xəbəri İsrail tərəfi də təsdiq edib. İsraillilərin bildirdiyinə görə, təkcə dünən Fələstin tərəfinin atdığı raketlər nəticəsində 26 israilli yaralanıb.

Google+ WhatsApp ok.ru