Fələstində jurnalist öldürüldü

Sionist rejimin Qəzzanın şərqindəki Şucaiyye məhəlləsinə təşkil etdiyi artilleriya hücumlarında fələstinli jurnalist dünyasını dəyişib.
 
Maide.az-ın məlumatına görə, öldürülən jurnalist 25 yaşlı Abdullah Mürtəzadır. O, "Al-Aqsa Media Network"da işləyirmiş. 
 
Qeyd edək ki, bununla belə hücumların başlamasından bu yana ölən jurnalistlərin sayı 14-ə çatıb. 
 
Xatırladaq ki, İsrail rejiminin 7 iyuldan bu yana təşkil etdiyi hücumlarda şəhid olanların sayı 2 min 132-dir. 10 min 895 nəfər isə yaralanıb.
 
Digər tərəfdən İsrail ordusu dünən gecə yarısından bu yana Qəzzada 70 hədəfin vurulduğunu açıqlayıb. Ordundan edilən şərhdə, "Gecə yarısından etibarən Qəzzada 70 hədəf vuruldu" deyildi.
 
İsrail mətbuatında iştirak edən xəbərlərdə isə səhər saatlarından bu yana İsrail şəhərlərinə 120 raket atıldığı irəli sürülür.

Google+ WhatsApp ok.ru