Türkiyədə PKK terrorçuları Çinin 3 vətəndaşını oğurladı

Türkiyənin şimal-şərqində PKK terrorçuları Çinin 3 vətəndaşını oğurlayıb. Bu barədə bu gün Çinin Mərkəzi Televiziyası məlumat yayıb. Məlumata görə, insident avqustun 24-də Şırnak əyalətində yerləşən istilik elektrik stansiyasında baş verib. Ötən gün Çinin Türkiyədəki səfirliyi 3 vətəndaşın oğurlandığını təsdiqləyib. Hazırda Türkiyə ordusu Çin vətəndaşlarının azad edilməsi istiqamətində əməliyyat keçirirlər.

Google+ WhatsApp ok.ru