Fələstinli məhbuslar aclığa başladılar: SƏBƏB

Fələstin Əsirlər Cəmiyyətindən verilən yazılı açıqlamada, "İsrail rejiminin həbsxanalarında olan təxminən 70 fələstinli məhkum, başda Nəhar Saadi olmaqla məhkumların "kars" cəzalarının bitirilməsi və xəstə məhkumların işlərinin nəzərdən keçirilməsi tələbilə aclıq aksiyasına başlayıb", - deyilir.
 
Maide.az xəbər verir ki, Rimon, Nefha, İşel, Ən-Nakab və Ofar həbsxanalarında tətilə başlandığı qeyd edilən açıqlamada, "Məhkumlar həbsxana rəhbərliyinə 20 noyabrdan bu yana aclıq tətilində olan Saadin  tələblərinə cavab verməsi üçün çərşənbə gününə qədər möhlət vermişdi. Ancaq mənfi cavab verilməsi ilə aclıq tətili qərarı verilib", - deyə bildirilir . Fələstin Əsirlər Cəmiyyətinin sədri Kadura Faris, "Bu addım, həbsxana rəhbərliyinin inadkarlığı və sözlərini yerinə yetirməməsi səbəbilə atılıb.
Sözlərin yerinə yetirilmədiyi, Saadi adlı məhkumun vəziyyətində da aydın görünür. Rəhbərlik "kars" cəzasının ötən ayın sonunda ləğv ediləcəyi barədə söz verdi, ancaq cəzasını yenilədi", - deyə, əlavə edib. 
 
Qeyd edək ki, Fələstinli məhkum Nəhar Əs-Saadi 4 dəfə ömürlük və 20 il həbs cəzasına məhkum edilib. Keçən ilin may ayından bu yana "kars" rejimində olan Saadın 2 ildir ailəsilə görüşünə də icazə verilmir.

Google+ WhatsApp ok.ru