Kabildəki Fransa mədəniyyət mərkəzinə terrorist hücumu olub

Kabildəki Fransa Mədəniyyət Mərkəzinə qarşı terror hücumu olub. 

Maide.az xəbər verir ki, tibb məntəqələrinin məlumatına görə, zərərçəkənlərin bəziləri ağır vəziyyətdədir.

Polislər bildirirlər ki, partlayıcı maddələri paltarlarında gizlədən terrorçu 17 yaşlı yeniyetmədir. Həmçin bildirilir ki, terorrçu özü də həlak olanlar arasındadır.

Fransa Mədəniyyət Mərkəzinin yaxınlığında Prezident Sarayı, Xarici İşlər Nazirliyi, "Serena" mehmanxanası  və digər önəmli dövlət müəssisələri yerləşir.

Xatırladaq ki, cümə axşamı səhər vaxtlarında Kabilin şərq hissəsində avtomobilə hücum olub, nəticədə 5 nəfər həlak olub, 13 nəfər isə  yaralanıb. ​

Kabildə son günlər ərzində bir neçə partlayış baş verib, onlarla insan həlak olub. //

Google+ WhatsApp ok.ru