Fətullah Gülənin həbsi üçün xüsusi qaydada istintaq işinə başlanılıb

ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülənin Türkiyəyə gətirilməsi üçün Türkiyədə xüsusi işçi qrupu fəaliyyətə başlayıb.

"Aydınlık" qəzetinin xəbərinə görə, bundan sonra Gülənə qarşı "F" tipli qaydada iddia açılması üçün 8 prokuror Ankara Kriminal Məhkəməsində ayrılan xüsusi şöbədə işləyəcək.

Prokurorlar qrupunun 1 nömrəli şübhəli kimi "Hizmet" hərəkatının rəhbəri, ABŞ-dakı Fəthullah Gülənə qarşı iddianaməni 5 ay ərzində tamamlaması planlaşdırılır.

Qəzet bildirir ki, bu günə qədər aparılan istintaqda mühüm məlumatlar əldə edilib. Məlum olub ki, "Hizmet"in üzvlərindən xeylisi təhlükəsizlik idarələrində, məhkəmədə, iş dünyasında, vətəndaş və ictimai təşkilatlarda işçi və rəhbər mövqelərə təyin olunub.

Ədliyyə Nazirliyindəki mənbələr bildirib ki, Ankarada icra edilən "F" tipli əsas istintaqla bu günə qədər müstəqil aparılan istintaq işlərinin üst-üstə düşəcəyi halda bu istintaq işlərinin bir əsas iddiada birləşdirilə bilər. deyerler/

Google+ WhatsApp ok.ru