İngiltərədə müsəlmən məktəbi ilin ən yaxşı təhsil müəssisəsi seçilib

Maidə.az-ın verdiyi məlumata görə,müsəlman şagirdlərin təhsil aldığı İbn Sina Akademiyası  Böyük Britaniyanın  ən yaxşı məktəblərindən biri seçilib. 4-15 yaş uşaqların təhsil aldığı müəssisədə İslam dini ilə yanaşı humanitar və texniki elmlərlə bağlı dərslər keçirilir. 
 
Qeyd edək ki, yoxlama aparan məmurlar hesabatda şagirdlərin gözəl əxlaq və davranışını xüsusi qeyd ediblər: «Məktəbdə təhsil alan şagirdlərin  mənəvi, əxlaqi, sosial və mədəni inkişafı üçün gözəl şərait yaradılıb».
 

 

Google+ WhatsApp ok.ru