Fələstinə raket texnologiyasını verməkdən əsla çəkinmirik

İran və Misir münasibətlərinin gələcəyi haqqında Tehranda keçirilən konfransda çıxış edən Xarici İşlər nazirinin müavini Əmir Abdullahian İsrail rejimini dayandırmaq üçün Fələstinə verdikləri dəstəyi davam etdirəcəklərini bildirib.
 
Maide.az xəbər verir ki, Əmir Abdullahian daha sonra bildirib ki, bölgədəki Ərəb ölkələri Fələstin dosyesinə lazımı şəkildə diqqət ayırmırlar.
 
Əmir Abdullahian, "lazım olduğu təqdirdə işğalçı İsrail ilə mübarizə üçün Fələstinli mücahidlərə raket istehsalı texnologiyasını verməkdən əsla çəkinməyəcəyik, amma heç bir Ərəb ölkəsi belə bir bir addım atmayacaq", - deyə əlavə edib. 

Google+ WhatsApp ok.ru