Merkel Obama ilə Ukraynanı müzakirə etməyə gedir

Almaniya kansleri Ukraynadakı münaqişə ilə bağlı danışıqları davam etdirmək üçün bu gün ABŞ prezidenti ilə görüşəcək. 
 
Obama ilə Vaşinqtonda baş tutacaq görüşdə Merkelin yenidən Almaniyanın Ukrayna döyüşçülərinin silahlandırılması ilə bağlı ABŞ-da səsləndirilən çağırışlara narazılığını ifadə edəcəyi gözlənilir. 
 
Xatırladaq ki, fevralın 8-i başa çatan Münhendə keçirilən təhlükəsizliklə bağlı konfransda kansler Ukraynanın şərqindəki münaqişənin hərbi yolla həllinin mümkün olmadığını bildirmişdi. 
 
Qeyd edək ki, fevralın 11-i Minskdə Almaniya, Fransa, Ukrayna və Rusiya liderlərinin görüşü nəzərdə tutulub.

Google+ WhatsApp ok.ru