Üç fələstinli sionist hərbçilər tərəfindən həbs olunub

Maide.az ərəb mediasına istinadən xəbər verir ki, sionist rejim hərbçiləri cümə günü İordan çayının qərb sahilindəki Ramallah şəhərinin şimal-qərbində yerləşən Nəbi Saleh kəndində üç fələstinlini, o cümlədən iki uşağı həbs ediblər. 
 
Məlumata görə, sionist hərbçilər Nəbi Saleh kəndində ayırıcı divar və qəsəbəsalmaya qarşı dinc aksiyada iştirak edənlərin bir qrupunu təqib edib və həbsi gerçəkləşdirib. 
 
Fələstinli mənbələr bildiriblər ki, Nəbi Saleh kəndinin girəcəyindəki Əlbric hərbi məntəqəsində yerləşmiş sionist rejim hərbçiləri bu fələstinliləri həbs etdikdən sonra onları məhbəsə köçürüblər.

Google+ WhatsApp ok.ru