Əfanıstanda yüzdən yuxarı talibançı öldürülüb

Əfqanıstanın dövlət mənbələri bildiriblər ki, ötən sutka ərzində əfqan qüvvələrin bu ölkənin müxtəlif məntəqələrindəki əməliyyatlarında yüz on iki talibançı öldürülüb, əlli doqquz nəfər də yaralanıbdır.
 
Maide.az xəbər verir ki, Əfqanıstan Müdafiə Nazirliyi bu gün bəyanat yayaraq ötən sutka ərzində doxsan üç talibançının öldürüldüyünü, əlli doqquznun isə yralandığını bildirib. 
 
Əfqanıstan Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, bu müddətdə şose yolu qırağında otuz üç ədəd bomba aşkarlanıb və zərərsizləşdirilib, müəyyən miqdarda silah və sursat da ordu qüvvələrinin əlinə keçib.
 
Əfqanıstan Daxili İşlər Nazirliyi də ayrılıqda bəyanat yayaraq, ötən sutkada Hərat, Xost, Meydane Vədrək, Helmənd, Seril, Qonduz, Təxxar, Faryab və Cuzcan vilayətlərində on doqqu talibin xəbər verib. Bəyanatda deyilir ki, bu müddətdə min yeddi yüz kiloqram narkomaddə də polis qüvvələrinin əlinə keçib.

Google+ WhatsApp ok.ru