Fələstinliləri İsrail qarşısında birliyə çağırış

Fələstinin qanunvericilik məclisinin sədri bütün fələstinli qrupları sionist rejim qarşısında mübarizə üçün birliyə səsləyib.
 
Maide.az-ın məlumatına görə, Əhməd Bəhr deyib ki, Fələstin Özünüidarə Təşkilatı sionist rejim ilə mənasız saziş müzakirələrini tamamilə dayandırmalıdır. 
 
Bəhr saziş müzakirələrini İsrail rejiminin cinayətləri üçün bir örtük adlandırıb və sionist rejimi davamlı olaraq irqçi ayrıseçkilik divar çəkməkdə, qanunsuz qəsəbələr salmaqda, Beytül-Müqəddəsin ictimai tərkibini dəyişməkdə və onu yəhudiləşdirməkdə günahlandırıb. 
 
Fələstinin qanunvericilik məclisinin sədri əlavə edib ki, bütün fələstinli müqavimət qrupları sionist rejimin cinayətləri qarşısında birləşməli və birgə formada mübarizə aparmalıdırlar: "Yalnız belə olacağı təqdirdə Beytül-Müqəddəsin paytaxt olması ilə müstəqil Fələstin ölkəsinin qurulması mümkün olacaq." 
 
Bəhr həmçinin İsrail Knessetinin yeni nazirlər kabinetinə etimad rəyi verməsini Fələstin xalqına qarşı müharibə elanı adlandırıb.

Google+ WhatsApp ok.ru