Almaniyadan Şeyx Nimrlə bağlı Ərəbistana sərt reaksiya

Maide.az-ın məlumatına görə, Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Sebastyan Fişer Berlində keçirdiyi mətbuat konfransında Ərəbistanın tanınmış şiə ruhanisi Şeyx Nimrin yaxın zamanlarda edam ediləcəyi barədə yayılan xəbərlərə sərt reaksiya verib: "Biz dünya üzrə edam cəzasının tətbiq edilməsini qınayırıq. Bu məsələ bütün ölkələrə aiddir. İnsan haqları müdafiəçiləri 2011-ci il xalq etirazlarında iştiraka görə, həbs və edama məhkum olunmuş Şeyx Nimrin əfv olunmasını istəyiblər. İnsan haqları qrupları xəbərdarlıq ediblər ki, Şeyx Nimrin edam edilməsi bütün Yaxın Şərqi fitnə oduna sürükləyə bilər və bu məsələ tamamilə siyasi məqsədlərdən qaynaqlanır. Zira Ərəbistanda müstəqil məhkəmə sistemi mövcud deyil." 
 
Mərkəzi qərargahı Londonda yerləşən İslam İnsan Haqları Komissiyası da BMT-nin Şeyx Nimrin edam edilməsinə mane olmasını istəyib. 
 
Şeyx Nimr barədə çıxarılan edam hökmünə qarşı dünya səviyyəsində etirazların davam etdiyi bir halda Ərəbistanın müttəfiqləri olan İngiltərə və Amerika insan haqları və demokratiya iddiasında olmalarına rəğmən, Şeyx Nimrin edam edilməsi məsələsinə laqeyd yanaşırlar.

Google+ WhatsApp ok.ru