Fətullah Gülənin daha 2 dərshanəsinə qarşı `Paralel Dövlət` əməliyyatı

Elazığ Respublika Baş Prokurorluğu tərəfindən aparılan əməliyyat çərçivəsində Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətlərlə Mübarizə İdarəsinin briqadaları Özəl Erkan Fərat Təhsil Mərkəzi dərshanəsinin Malatya prospekti və İzzetpaşa məhəlləsindəki iki şöbəsinə qarşı əməliyyat keçirib.
 
Maide.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki,  polis əməkdaşlarının dərshanədə axtarış əməliyyatları davam edir.
 
"Vergi və sənəddə qanunsuzluq" maddələri ilə başladılan əməliyyatda kompüter və sənədlərin müsadirə ediləcəyi bildirilir.
 
Qeyd edək ki, son günlər Fətullah Gülənən məxsus olduğu bildirilən belə dərshanələrə qarşı əməliyyatlar kütləvi hal alıb.

Google+ WhatsApp ok.ru