Fələstinlilər müstəqil Fələstin dövlətinin yaradılmasında qətiyyətlidirlər

Maide.az xəbər verir ki, Fələstin xarici işlər naziri Riyaz əl-Maliki Moskvada keçirilən Fələstin diyarında sülh beynəlxalq konfransında beynəlxalq ictimaiyyət və BMT-nin 1967-ci il işğal olunmuş ərazilərində müstəqil Fələstin dövlətinin təşkil olunması üçün köməklərini vurğulayaraq, "Fələstin xalqı Beytül-Müqəddəsin paytaxtlığı ilə İordan çayının qərb sahili və Qəzzə zolağında müstəqil dövlətin təşkil olunmasında qətiyyətlidir", - deyib. 
 
Fələstin xarici işlər naziri sionist rejimi 1967-ci il sərhədlərində müstəqil Fələstin dövlətinin təşkil olunması qarşısındakı təxribatlar törətməkdə suçlayıb və xatırladıb ki, Dördtərəfli Beynəlxalq Yaxın Şərq Qrupu bu sahədə İsrailə təzyiq göstərməklə Fələstin xalqına kömək etməlidir. 
 
Hazırda təxminən dünyanın 140 ölkəsi 1967-ci il sərhədlərində müstəqil Fələstin dövlətinin təşkili layihəsini dəstəkləyib.

Google+ WhatsApp ok.ru