Məşhur biznesmen 32 milyardlık sərvətini xeyriyyə qurumlarına paylayacaq

Səudiyyə Ərəbistanlı iş adamı Əl Valid bin Talal sahib olduğu 32 milyard dolları xeyriyyə qurumlarına verəcək.
 
Maide.az xəbər verir ki, dünyanın da ən zəngin insanlarından biri olan Talal bu qərarını “Microsoft”un qurucusu Bill Qeyts və həyat yoldaşı Melinda Qeytsin 1997-ci ild qurduqları “Qeyts Vəqfi”dən təsirlənərək aldığını söyləyib.
 
60 yaşlı biznesmen xeyriyyə qurumlarına verəcəyi pulun fəalkətlərdən əziyyət çəkən insanlar üçün xərclənəcəyini söyləyib.
 
Bu qərardan sonra açıqlama verən Bill Qeytsin bin Talalın bu qərarı tərifləyib və xeyriyyə işi ilə məşğul olanlar üçün yeni stimul olacağını bildirib.
 
Qeyd edək ki, Əl Vəlid bin Talal dünyanın ən varlıları siyahısında 34-cü pillədədir./

Google+ WhatsApp ok.ru