Fələstin futbolçuları son 15 ildə ilk matçını keçiriblər

İordan çayının Qərb sahili və Qəzza zolağının futbol komandaları son 15 ildə ilk matçını keçiriblər.
 
Maide.az-ın məlumatına görə, oyun heç-heçə (0:0) başa çatıb.   
 
Məlumata görə, Qəzza zolağındakı “Əl-Yərmuk” stadionunda “Əl-Əhli” (İordan çayının Qərb sahili) və “Şeycayə” (Qəzza zolağı) komandaları arasında baş tutmuş qarşılaşmanı iki minədək azarkeş izləyib.  
 
“Fələstin Kuboku” turniri çərçivəsində keçiriləcək cavab oyunu avqustun 9-da İordan çayının Qərb sahilində baş tutacaq.
 
Son zamanlar Fələstin Milli Administrasiyası və  Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı arasında münasibətlər yenidən gərginləşib. 

Google+ WhatsApp ok.ru