Silahlı Qüvvələr Baş Qərargahının keçmiş rəisi axtarışa verildi

Ukraynanın Təhlükəsizlik Xidməti Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Valeri Gerasimov və 10 digər Rusiya hərbçisi barəsində axtarış elan edib.

Maide.az xəbər verir ki, onlar ölkə ərazisində hərbi münaqişənin təşkilində ittiham edilir.

İstintaq ötən il Donetskdə yüzlərlə ukraynalı hərbçinin həlak olması ilə nəticələnən hadisələrlə əlaqədar aparılır.

Rusiya dəfələrlə Ukraynanın şərqində baş verən hərbi münaqişədə iştirakını və öz hərbi qulluqçularının qonşu ölkənin ərazisində olmasını inkar edib.

Google+ WhatsApp ok.ru