Fələstinli gənclər Beynəlxalq Qırmızı Xaç Komitəsinin binasında aksiya keçirirlər

Fələstinli gənclər İsrail rejiminin zindanlarında saxlanılan və artıq iki aydır davam edən aclıq aksiyası nəticəsində komaya düşən fələstinli əsiri himayə məqsədilə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qüdsdəki ofisində aksiya keçirməyə başlayıblar.
 
Maide.az-ın verdiyi məlumata görə, onlarla fələstinli gənc artıq iki gün idi ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qüds ofisi önündə fələstinli əsir Məhəmməd Əlanı himayə məqsədilə aksiya keçirirdilər. Amma heç bir nəticə əldə edə bilməyən fələstinli gənclər bazar günü bu beynəlxalq qurumun binasına daxil olaraq, öz aksiyalarını binanın daxilində davam etdirmək qərarına gəliblər. 
 
Fələstinli gənclər Beynəlxalq Qırmızı Xaç Komitəsindən istəmişdilər ki, Məhəmməd Əlanın zorla qidalandırılmasını pisləsin və Əlanın yatırdıldığı xəstəxananın önündə aksiya keçirənləri himayə etsin. 
 
61 gün öncə, barəsində heç bir ittiham irəli sürülmədən həbsdə saxlanılmasına etiraz olaraq, aclıq aksiyasına başlayan Məhəmməd Əlan hazırda koma vəziyyətindədir.

Google+ WhatsApp ok.ru