Fətullah Gülənin 65 adamı barədə həbs qərarı çıxarıldı

Maide.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyənin 10 şəhərində keçirilən "paralel dövlət" əməliyyatı çərçivəsində Fətullah Gülənə yaxın olan 65 nəfərin həbsinə qərar verilib. Həmin şəxslərdən 43 nəfəri ölkədən xaricdə yaşayır. Haqqında həbs qərarı verənlərin arasında jurnalist EkremDumanlı, iş adamı Akın İpek, Fatih Universitetinin rektoru Şerif Ali Tekalan da var.
 
İzmirdə keçirilən əməliyyatla Ədalət və İnkişaf Partiyasının sabiq millət vəkili İlhan İşbilən də tutulub. Fətulla Gülənə yaxınlığı ilə tanınan İ. İşbilən əmniyyət müdirliyinə aparılıb.

Google+ WhatsApp ok.ru