Suriyada terror aktı nəticəsində ən azı 15 nəfər həlak olub

Suriyanın şimal-şərqində Həsəkə vilayətində bomba quraşdırılmış 3 avtomobilin partladılması 15 nəfərin həlak olması və onlarla nəfərin yaralanması ilə nəticələnib.
Maide.az  əl-Əhd xəbər portalına istinadən xəbər verir ki. Suriyanın şimal-şərqində Həsəkə vilayətində Təl-Təmər şəhərinin 3 müxtəlif məkanında bomba quraşdırılmış 3 yük maşınının partladılması nəticəsində ən azı 15 nəfər həlak olub, 90 nəfər də yaralanıb. Yaralılardan bəzisinin vəziyyətinin ağır olduğu bildirilir. Həlak olanların sayı arta biləcəyi bildirilir.
Rusiyanın Suriyanın müxtəlif bölgələrində terror qruplaşmalarının mövqelərinə qarşı hava hücumları və bu ölkə ordusunun terrorçularla mübarizədəki uğurlarından sonra, terror qruplaşmaları öz qüvvələrinin ruhiyyəsini yüksəltmək məqsədi ilə bu ölkənin müxtəlif bölgələrində terror aktları törətməyə başlamışlar./
 

Google+ WhatsApp ok.ru