Fələstində “Əl-Əqsa” milli Quran yarışması keçirilir

Fələstində Quran  tilavəti, təfsiri və hifzi üzrə  yarışma avqust ayında keçiriləcək. Bunu Fələstinin vəqflər və dini işlər Naziri Şeyx Yusif Edis  deyib. 
 
Maide.az xəbər verir ki,  Y.Edis deyib ki, “Əl-Əqsa” milli Quran yarışmasında iştirak etmək üçün artıq  qeydiyyat başlayıb.  
 
“Əl-Əqsa” milli Quran yarışması  Vəqflər  və Dini İşlər Nazirliyinin  təşkilatçılığı ilə Fələstinin  bütün şəhər və rayonlarında keçiriləcək. Yarışmada  qadınlar və kişilər müxtəlif yaş qruplarında  iştirak edəcəklər.  Qalib olmuş şəxlərdən 10 nəfərə hədiyyələr təqdim ediləcək. /
 
 

Google+ WhatsApp ok.ru