İsrail rejiminin polisi `Vaşinqton Post`un müxbirlərini saxlayıb

İsrail rejiminin polisi Amerikanın "Vaşinqton Post" qəzetinin Qüds nümayəndəsi Uilyam Booth və qəzetin Qərbi İordan müxbiri Sufyan Tahanı saxlayıb.
Maide.az xəbər verir ki, İsraildəki Xarici Jurnalistlər Cəmiyyəti tərəfindən yayımlanan yazılı açıqlamada, Qüdsün köhnə şəhər kimi tanınan sur içinə açılan Şam qapısında saxlanan Booth və Taha məntəqəyə aparılaraq təxminən 40 dəqiqə saxlanıldıqdan sonra sərbəst buraxılıb.
 Şam qapısında fələstinlilərdən və yəhudilərdən küçədə müsahibə almağa çalışarkən nəzarətə alınan Booth və Tahaya polis, "insanları qızışdırmaq" ittihamı irəli sürüb.
İsrail rejiminin XİN sözçüsü Emmanuel Nahson da məsələ ilə bağlı verdiyi yazılı açıqlamada, saxlanma hadisəsini "bəxtsizlik" kimi qiymətləndirib və nazirlik olaraq polisdən izahat istəyəcəklərini bildirib.
Qeyd edək ki, sionist qüvvələr işğal altındakı Şərqi Qüds və Qərbi İordanda demək olar hər gün "hücum cəhdi göstərdikləri" iddiası ilə Fələstinliləri hədəf alaraq ölüm və ya xəsarət almalarına səbəb olur, küçələrdə heç bir səbəb olmadan insanların üstü axtarılır. 
Qüdsün Şam Qapısı son aylarda baş verən gərginliyin artdığı nöqtələrdən biri halına gəlib. Son olaraq dünən Şam Qapısında 2 Fələstinli "üzərilərində silah olduğu" iddiası ilə vurularaq öldürülmüşdü.

Google+ WhatsApp ok.ru