Fələstində ən gənc məhbus işğalçı rejim həbsxanasından azadlığa buraxılıb-FOTO

Fələstində ən gənc  məhbus işğalçı İsrail rejim həbsxanasından azadlığa buraxılıb və ailəsinin yanına gəlib.
 
Maide.Az xəbər verir ki, 12 yaşlı xanım  Dima Əl-Vavi  israiilli  əsgərləri bıçaqlamağa cəhd göstərmək ittihamı ilə  həbs olunmuşdu. 
 
O, bazar günü  azadlığa buraxıldıqdan sonra deyib: “Sevinirəm ki,  azadlığa  çıxdım.  Zindan çox pis yerdir.  Həbsxanada olduğum  vaxt bütün dostlarım,  sinif yoldaşlarım və ailəm üçün darıxmışdım”. 
 
İşğalçı İsrail rejim həbxsnalarında  saxlanılan uşaqların sayı  ötən ilin sentyabr ayında başlayan üçüncü  intifadədən sonra  daha da çoxalıb. Haaretz qəzetinin məlumatına görə,  işğalçı rejim həbsxanalrında saxlanılan fələstinli məhbus uşaqların sayı ötən ilin sentyabr ayında 170 nəfər idisə, bu rəqəm 2016-cı ilin yanvar ayında  438 nəfərə çatıb. 
 
 
 
 

Google+ WhatsApp ok.ru