Fələstinlilər dağıdılmış məscidlərdə ibadət edirlər - FOTO

Fələstinlilər dağıdılmış məscidlərdə ibadət edirlər - FOTO

2014-ci ildə Qəzzada vəhşi İsrail ordusu tərəfindən dağıdılan məscid öz fəaliyyətini davam etdirir. 
 
Maide.Az xarici mediaya istinadən xəbər verir ki, fələstinlilər 2 il bundan öncə sionist İsrail rejimi tərəfindən dağıdılan məscidin salamat qalan hissəsində ibadət ilə məşğuldular.  
 
Fələstinin dini mülkiyyəti olan məscid İsrailin Fələstinə 2014-cü ildə etdiyi hücum zamanı 50 milyon dollar civarında zərər çəkib,-deyə Fələstinin Vəqf nazirliyi bildirir.
 
Nazirliyin statistikasına qeyd edilir ki, sionist İsrail rejimi tərəfindən Fələstinin işğal olunmuş ərazilərində 73 məscidi tamamilə dağıdılıb, 197-i müxtəlif vaxtlarla zədələnib, həmçinin 10 nəfər məscid əməkdaşı öldürülüb.
 
Qəzza sakinləri müqəddəs Ramazan ayı boyunca öz ibadətlərini dağıdılmış məscidlərdə davam etdirirlər. Onlar bunu özlərinin milli borcu və mənəvi hüququ kimi görürlər.
 
Fələstinin Din işləri və Vəqf naziriyi bildirir ki, dağıdılmış məscidlərin doqquzunun yenidən qurma işləri yekunlaşıb.  /
 
 
 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru