Fələstinli qadın vəkillər, Qəzzaya doğru yola çıxan qadınlardan ibarət donanmanı qorumağa çağırıb

Fələstinli qadın vəkillər, Qəzzaya doğru yola çıxan qadınlardan ibarət donanmanı qorumağa çağırıb

Fələstinli qadın vəkillər, Qəzzaya doğru yola çıxan və yalnız qadınlardan ibarət donanmaya mühafizə təmin edilməsi üçün çağırış edib.
 
Maide.Az  "dunyabulteni"  saytına istinadən xəbər verir ki,  Fələstinli qadın millət vəkilləri, İspaniyadan Qəzzaya doğru yola çıxan və bu dəfə yalnız qadınlardan ibarət olan Zaytouna (Zeytun) və Amal (Ümid) adlı gəmilərə beynəlxalq müdafiə və dəstək təmin olunmasına çağırış edib.
 
Həmas hərəkatına mənsub bir qrup qadın deputat tərəfindən yayımlanan birgə bəyanatda, Qəzza blokadasını yarmaq məqsədilə yola çıxan, 4-cü Azadlıq Donanmasına aid Zaytouna və Amal gəmilərinə beynəlxalq qoruma təmin olunması və media sahəsində, istərsə də hüquqi çərçivədə dəstəklənməsi lazım olduğu vurğulanıb.
 
Açıqlamada, sionist İsrail rejiminin bütün beynəlxalq qanun və normalara zidd olduğuna və hər cür hüququ pozduğuna diqqət çəkilərək, beynəlxalq cəmiyyətdən Qəzzaya gələn gəmiləri sionist rejimdən qorumaq tələb edilib.
 
Qadınlardan ibarət donanmadakı iki gəmidən Zaytouna, cümə günü İtaliyanın Siciliya adasındakı Messina şəhərinə çatmışdı. Donanmanın ikinci gəmisi Amalın (Ümid) isə texniki problemlər səbəbilə Barselonaya döndüyü bildirilmişdi.
 
Kanada, Meksika, İspaniya, Norveç, ABŞ və Avstraliya kimi dünyanın müxtəlif yerlərindən qeyri-hökumət təşkilatlarının dəstəyini alaraq hərəkət edən Azadlıq donanması Qəzza limanına daxil olmasına mane olan İsrail rejimi əsgərlərini, bu dəfə "qadınların gücü" ilə keçməyi hədəfləyirlər.
 
Donanmadakı gəmilər oktyabr ayının ilk həftəsində Qəzzaya çatması nəzərdə tutulub.

Google+ WhatsApp ok.ru