Fələstin torpaqlarında yaşayan hər dörd fələstinlidən biri həbs edilir

Fələstin torpaqlarında yaşayan hər dörd fələstinlidən biri həbs edilir

Fələstin torpaqlarında yaşayan hər dörd fələstinlidən biri həbs edilir
 
Bunu fələstinli əsirlər haqqında araşdırmalar aparan hüquq tədqiqatçısı Əminə Ət-Tavil bildirib.
Onun sözlərinə görə, Qüds intifadasının başlamasından sonra inzibati həbslərin nisbətində 300 faiz artım olub. Tavil, hələ də işğal zindanlarında 700 şəxsə qarşı inzibati həbs cəzası tətbiq edildiyini, bunun da keçmiş illərə nisbətən 300 faizlik bir artım olduğunu qeyd edib.
 
Hüquq tədqiqatçısı Əminə Et-Tavil, sionist işğalçı rejiminin son dövrdə xüsusilə inzibati həbs cəzalarını artırmaq vasitəsilə Fələstin müqavimətini qorxutmağa çalışdığını bildirib. Tavil, İsrail rejiminin bu üsulu fələstinlilərə qarşı hərəkətlərinin ilk və son vasitəsi kimi istifadə etməyə çalışdığını vurğulayıb.
 
Hüquq tədqiqatçısı, sionist İsrailin inzibati həbs cəzasına məruz qalanlar arasında qadınların və uşaqların da əhəmiyyətli sayda olduqlarını açıqlayıb.
 
Qeyd edək ki, işğalçı İsrail rejiminin məhkəmə sistemində yalnız fələstinlilərə qarşı tətbiq edilən hər hansı bir şikayətə görə, məhkəmə dosyesini açmağa ehtiyac duyulmadan bir şəxsin həbs edilməsinə inzibati həbs adı verilir. İsrail rejiminin qanunlarına görə bir prokuror bir fələstinlini haqqında heç bir şikayət olmadan altı ay müddətinə həbs edə bilər və bu həbs cəzasını yenə hər hansı bir məhkəmə dosyesi açmağa lüzum görmədən on dəfə təkrar edə bilər. Çox sayda fələstinli vətəndaş inzibati həbs cəzası ilə əlaqədar olaraq zindanda saxlanıldığı üçün bu gün, Fələstin torpaqlarında yaşayan hər dörd fələstinlidən biri mütləq həbs edilmişdir. (İslaminsesi) /

Google+ WhatsApp ok.ru