Fələstinli cəsur qız Əhəd Təmimi azadlığa çıxır 27 İyul 2018 01:00 Fələstin 8 aylıq həbs cəzası alan "Fəlstinin cəsur qızı" adlandırılan Əhəd Təmimi iyulun 29-da sərbəst buraxılacaq. Maide.Az "dunyabulteni"ə istinaədn xəbər verir ki, işğalçı rejim 8 ay öncə İsrail əsgərinə şillə vurduğuna görə həbs etdiyi 17 yaşlı Əhəd Təmimi və anasını bazar günü sərbəst buracaq. Bunu Ə.Təmiminin vəkili deyib. Onun sözlərinə görə, Ə.Təmiminin həbs müddəti avqus ayının 19-da başa çatacaqdı, lakin işğalçı rejim idari qərar qəbul edərək, onu və anasını iyulun 29-da sərbəst buraxacaq. İdari qərarın hansı səbəbdən qəbul edildiyi bildirilməyib. Ə.Təmimi mətbuata açıqlama verəcək. Ə.Təmiminin babası Bassəm Təmimi deyib ki, onun buraxılması ilə bağlı məlumatlandırılmışıq. “Bazar gnüü Jabbra nəzarət buraxılış məntəqəsində gözləyəcəyik. Oradan Ramallaha böyük bir karvanla gedib Yasir Ərəfatın qəbrini ziyarət edəcə, daha sonra Nabi Salah kəndinə gedəcəyik. Axşam üstü Ə.Təmimi jurnalistlərə evində açıqlama verəcək”. Qeyd edək ki, İsrail əsgərləri Təmimini 19 dekabr 2017-ci ildə Ramallahda ailəsiylə yaşadığı evə basqın təşkil etdikdən sonra nəzarətə almışdı. Təmiminin anası Nərimanın isə qızı ilə bağlı məlumat almaq üçün getdiyi Ramallah şərqindəki nəzarət məntəqəsində İsrail əsgərləri tərəfindən nəzarətə alındığı qeyd edilmişdi. "Fələstinli cəsur qız" kimi tanınan Əhəd 2012-ci ildə qardaşı saxlanıldıqda İsrail əsgərlərinə qarşı göstərdiyi davranış səbəbiylə İstanbulda "Hənzələ Cəsarət Mükafatı"na layiq görülmüşdü. Teqlər : #Fələstinli cəsur qız Əhəd Təmimi azadlığa çıxır , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrailin Arakib kənd sakinlərinə zülmü davam edir: Kənd 8 ildə 131 dəfə dağıdılıb İsrail rejim hərbiçiləri Əqsa məscidinə hücum etdi-VİDEO
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar