Fələstinlilər “Həmas”a dəstək mitinqi keçirdilər

Fələstinlilər “Həmas”a dəstək mitinqi keçirdilər

Sionist İsrailin işğalı altında olan Qərbi Şəriədə yaşayan fələstinlilər Fələstin hökumətinin “Həmas”a tətbiq etdiyi sanksiyalar əleyhinə etiraz aksiyası keçiriblər.
 
Maide.Az İHA-ya istinadən xəbər verir ki, yüzlərlə etiraz Ramallahda küçələrə axışaraq sanksiyaların ləğv edilməsini tələb ediblər.
 
Məlumat üçün bildirək ki, İsrailin blokadasında yaşayan Qəzza şəhəri “Həmas”ın idarəçiliyindədir. 2017-ci aprelindən bəri Fələstin hökumətinin “Həmas”a sanksiya tətbiq etməsi səbəbindən Qəzzada məmurların maaşı 30 faiz azaldılıb.
 
Həmçinin, 10 minlərlə məmur hökumətdən maaş ala bilmir.

Google+ WhatsApp ok.ru