Fələstin İslami Cihad Hərəkatının yeni lideri seçildi

Fələstin İslami Cihad Hərəkatının yeni lideri seçildi

Fələstin İslami Cihad Hərəkatının Baş Katibliyinə Ziyad ən-Nahal seçilib.

İslami Cihad Hərəkatı mətbuat katibi Davud Şihab Qəzzanın şərq sərhədində keçirdiyi mətbuat konfransında hərəkatın Ramazan Abdullah Şallahın xələfi olaraq Nahaləni seçdiyini bildirib.

Şihab Siyasi Büroya da Əkrəm əl-Acuri, Məhəmməd Hindi, Yusif əl-Hasayinə, Vəlid Katati, Məhəmməd Həmid, Ənvər Əbu Taha, Abdulaziz əl-Minavi, Nafiz Azzam və Xalid Eəl-Bataşın seçildiyini qeyd edib.

Bəzi üzvlərin adlarının isə işğal altındakı torpaqlarda, İordan çayının qərb sahilində, Qüdsdə və həbsxanada olduqları üçün təhlükəsizlik səbəbilə açıqlanmadığını deyən Şihab seçkilərin düzgün bir rəqabət şəraitində baş tutduğunu vurğulayıb.

Qeyd edək ki, Fələstin İslami Cihad Hərəkatına 1995-ci ildən bu yana Ramazan Abdullah Şallah liderlik edirdi.

Xatırladaq ki, Livanın paytaxtı Beyrutda yaşayan Şallahın sağlamlıq vəziyyətinə dair aprel ayında mətbuatda bəzi xəbərlər çıxmış, bundan sonar İslami Cihad Hərəkatından verilən yazılı açıqlamada ürək əməliyyatı keçirən Şallahın vəziyyətinin stabil olduğu və tibbi nəzarət altında olduğu qeyd edilmişdi. /eastnews.org/

Google+ WhatsApp ok.ru