Fələstindəki qanunsuz yəhudi məskənlərində xeyli bina tikiləcək

Fələstindəki qanunsuz yəhudi məskənlərində xeyli bina tikiləcək


İşğalçı İsrail rejim qüvvələrinin mülki administrasiyası İordan çayının qərb sahilinin müxtəlif bölgələrində salınmış qanunsuz yəhudi yaşayış məskənlərində 1451 ədəd yeni evin inşası barədə planı təsdiqləyib.

Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, bu barədə administrasiyanın ali planlaşdırma şurasının yaşayış məskənləri üzrə altkomitəsində müzakirə edilən və təsdiqlənən plana əsasən nisbətən bir-birindən aralı yəhudi məskənlərində də 837 yaşayış evinin inşası planlaşdırılıb.

Artıq 30 evin inşası ilə bağlı hazırlıq işləri başa çatıb.

Şura Givat-Zeev yəhudi qəsəbəsində 220, Naveh-Daniel qəsəbəsində 180, Karmei-Tuzda 120, Avnei-Hefetzdə 129, Maale Mixmaşda 62, Tzofimdə 61, Alfei-Menaşedə 42, Tomerdə 55, Adorada 18, Metzadda 16 və Şilohda 1 bina inşa ediləcək.

Tene-Omarim yaşayış məskəninin şərq istiqamətində genişləndirilməsi məqsədilə burada 135 bina tikiləcək.

Bunlardan əlavə, qanunsuz salınmış Şavey-Şomron, Haqqay, Halamiş, Şvut-Raçel, Maale-Amos, Ofra və Tzofim qəsəbələrində də xeyli binanın inşasına dair ilkin planlaşdırma işlərinə başlanılıb.


Google+ WhatsApp ok.ru