Fələstin Parlamenti Sədri müavini ‘Əsrin müqaviləsi’nə görə ərəb və İslam ölkələrinə səslənib

Fələstin Parlamenti Sədri müavini ‘Əsrin müqaviləsi’nə görə ərəb və İslam ölkələrinə səslənib

Fələstin Parlamenti Sədrinin birinci müavini Əhməd Bəhr ərəb və İslam ölkələrini parlamentləri sədrlərinə, İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Birliyinə çağırış edərək, "Əsrin müqaviləsi"nə qarşı səylərini birləşdirmələrini istəyib.
 
Maide.Az "Felestin.info ”-ya istinadla xəbər verir ki, Bəhr sözügedən tərəflərə göndərdiyi mesajda "Əsrin müqaviləsi" planının Fələstin xalqına və mübarizəsinə, ərəb ölkələrinə və İslam ümmətinə qarşı təhlükələrinə diqqət çəkib.
 
ABŞ, İsrail rejimi bəzi ərəb ölkələrinin Fələstin mübarizəsini ləğv etməyə çalışdıqlarının açıq-aydın olduğunu bildirən Bəhr "Əsrin müqaviləsi" planının dünya sülhünü və təhlükəsizliyini hədəfə alan cinayət olduğunu, beynəlxalq hüququ və razılaşmaları tapdaladığını söyləyib.
 
Bəhr "Əsrin müqaviləsi" planına qarşı mübarizə aparmaq və təhlükələri mövzusunda xəbərdarlıq etmək üçün parlamentlər tərəfindən genişmiqyaslı kampaniya başladılmasını istəyib.
 
ABŞ-ın və İsrailin planlarının yolunun kəsilməsi çağırışı edən Bəhr "Əsrin müqaviləsi"nin tətbiqi üçün keçirilən iqtisadi və siyasi tədbirlər ilə konfransları boykot etməyə çağırıb.
 
Bəhr mesajının sonunda ərəb və İslam ölkələri parlamentləri sədrlərindən "Əsrin müqqaviləsi" ilə əlaqəli tədbirlərə qatılmamaları üçün hökumətlərinə və dövlət baçılarına təzyiq göstərmələrini tələb edib.
 

Google+ WhatsApp ok.ru