Ferqusson qərarı ABŞ-ı qarışdırdı

ABŞ-ın Missuri ştatında 18 yaşlı silahsız zənci gənc Michael Brownu öldürən polis məmuru Darren Wilsonun mühakiməsinə ehtiyac olmadığına qərar verilib.
 
Maide.az xəbər verir ki, 9-u ağ və 3-ü zəncidən ibarət 12 nəfərdən ibarət münsiflər heyətinin qərarını St.Luis prokuroru Robert McCulloch televiziya kanalından canlı verilişdə açıqlayıb.
 
Hadisənin reallaşdığı anda və sonradan toplanan fiziki dəlilləri araşdırdığını, bir çox şahidini dinlədiyini deyən McCulloch polis məmuru Wilsonun "ona verilən səlahiyyətlər daxilində hərəkət etdiyi və mühakiməyə ehtiyac olmadığı" qərarı verildiyini söyləyib.
 
Bu açıqlamadan sonra isə Ferqussonu yenidən etiraz aksiyaları bürüyüb.
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru