Fransadan nüvə sınağı üçün 1 milyard istəyirlər

Fransız Polineziyasının məclisi nüvə sınaqlarının keçirilməsində dəyən zərərin ödənilməsi üçün Fransa hökumətindən pul tələbinə qərar verib. Maide.az "The Independent"ə istinadən xəbər verir ki, Polineziya Mühafizəkar Partiyasınını Ali Komitəsi ekologiyaya vurulmuş dəyərin həcmini 930 milyon dollar həcmində qiymətləndirib.
 
Komitənin məlumatına görə, 1966-dan 1996-cı ilə qədər Fransa 210 nüvə sınağı keçirib, hansılar ki, regionun ekologiyasına məhvedici təsirə malikdir. 
 
Qeyd edək ki, istilik-nüvə silahının ilk sınaqlarından biri Fanqataufa mərcan adası ərazisində 1968-ci ildə keçirilib.
 
Bundan əlavə, keçən il Fransa Müdafiə Nazirliyi sənədlərin bir hissəsi üzərindən məxfilik qrifini götürdü və məlum oldu ki, adalarda radiasiyanın səviyyəsi əvvəlki illərə nisbətən daha çoxdur. Və təkcə Taitinin adasında Fransanın keçirdiyi nüvə sınağından sonra radiasiyanın miqdarı 500 dəfədən çox artıb.

Google+ WhatsApp ok.ru