Ferqyusonda fövqəladə vəziyyət rejimi uzadıldı

ABŞ-ın Ferqyuson şəhərində fövqəladə vəziyyət rejimi daha 24 saat uzadılıb. Fövqəladə vəziyyət avqustun 10-da elan edilib. Maide.az xəbər verir ki, dairə üzrə icra hakimiyyətinin rəhbəri Stiv Stengerin imzaladığı sərəncama əsasən, dairə polisinin rəhbərinə Ferqyuson polisinə rəhbərlik etmək üzrə əlavə səlahiyyətlər verilib. Şəhərdə isə bir il əvvəl polis tərəfindən qətlə yetirilən 18 yaşlı qaradərili Maykl Braunun xatirəsinə keçirilən aksiyalar davam edir.

Google+ WhatsApp ok.ru