Fidel Kastro 14 ay sonra ilk dəfə xalqın qarşısına çıxdı

Kubanın əfsanəvi lideri Fidel Kastro 14 aydan sonra ilk dəfə xalqın arasına çıxıb. 
 
Maide.az xəbər verir ki, bu gün Havanada Veneseuladan gələn 33 nəfərlik heyətlə görüşən Kuba inqilabının lideri Kastronun fotoları yayımlanıb.
 
Qəzetlər kubalılar tərəfindən sevinclə qarşılanan 88 yaşlı Kastronun "həyat dolu" olduğunu yazıb.
 
2006-cı ildə vəzifəsini qardaşı Raul Kastroya ötürən Fidel Kastro sonuncu dəfə 8 yanvar 2014-cü ildə "Kço" ləqəbi ilə tanınan kubalı rəssam Aleksis Leyvanın Havanadakı sərgisində olmuşdu.

Google+ WhatsApp ok.ru