Məscidi-Əqsaya yenidən basqın olub

Maide.az xəbər verir ki, Fələstində məskunlaşmış yəhudi mühacirlər yəhudilərə görə müqəddəs sayılan Pesah (Qansız) bayramı münasibətilə Məscidi-Əqsaya basqın təşkil ediblər.
 
Məscidi-Əqsada basqınlara qarşı növbədə duran fələstinlilərin bildirdiyinə görə, 20-ə yaxın yəhudi mühacir işğalçı polisin və xüsusi qüvvələrin sıx təhlükəsizlik tədbirləri altında Əl-Məğaribə qapısından Məscidi-Əqsaya girib. Məscidi-Əqsada keşik çəkən camaatın təzyiqinə müqavimət göstərən yəhudilər yüksək səslə qışqıraraq etiraz ediblər. 
 
İşğalçı güclərinin bir həftə davam edən yəhudi bayram günləri münasibətilə hücumlarını intensivləşdirən mühacirlərin Məscidi-Əqsaya basqın təşkil etməsi üçün Əl-Məğaribə qapısını daim açıq saxladığı deyilir. 

Google+ WhatsApp ok.ru